13.09.2024

Agentliyin reabilitasiya müəssisələrinin xidmətlərindən vətəndaşların məmnunluq səviyyəsi 97 faiz təşkil edir

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya müəssisələrinin xidmətlərindən vətəndaşların məmnunluq səviyyəsi 97 faiz təşkil edir.

Göstərilən xidmət keyfiyyətinin və pasiyent təcrübələrinin öyrənilməsi məqsədilə reabilitasiya kursu keçmiş vətəndaşlar arasında mütəmadi anonim sorğular keçirilir. Əlilliyi olan şəxslərin sorğuda daha rahat iştirakını təmin etmək üçün bu sorğunun elektron qaydada keçirilməsinə başlanılıb.

Xidmət aldığı müəssisə üzrə hazırlanmış sorğunun linki əlilliyi olan şəxsin telefon nömrəsinə müəssisədən ayrıldığı gün göndərilir. Göndərilən linkə keçid edən vətəndaşlar müəssisədə aldıqları xidmətləri qiymətləndirə, təklif və iradlarını qeyd edə bilərlər.

Sorğunun nəticələri vətəndaş məmnunluğunun və təcrübəsinin öyrənilməsi, onların təkliflərinin dəyərləndirilməsində mühüm rol oynayır.