Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Şirvan Reabilitasiya Mərkəzi tərəfindən inklüziv tədbir keçirilib.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Şirvan Gənclər Evində keçirilən tədbirdə əlilliyi olan uşaqların əl işləri nümayiş olunub, eyni zamanda tullantıdan hazırlanmış müxtəlif sənəd nümunələri sərgilənib.
Bədii proqramla davam edən tədbirin təşkilində məqsəd əlilliyi olan uşaqların potensiallarının stimullaşdırılması və onların cəmiyyətə inteqrasiyasının, o cümlədən inklüziv mühitin dəstəklənməsidir.