04.10.2024

Daha bir qrup əlilliyi olan şəxsə səyyar formada reabilitasiya vasitələri təqdim edilib

Bu il əlilliyi olan şəxslərə 1500-ə qədər reabilitasiya vasitəsi yaşadıqları ünvanlarda təqdim edilib


Əlilliyi olan şəxslərin səyyar formada reabilitasiya vasitələri ilə təminatı işləri davam etdirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bu dəfə paytaxtın Lökbatan və Sulutəpə qəsəbələri və Sumqayıt şəhərində yaşayan bir qrup əliliyi olan şəxsi ehtiyac duyduqları reabilitasiya vasitələri ilə evlərində təmin edib. 

15 nəfər əlilliyi olan şəxsə mühərrikli təkərli oturacaq, ortopedik ayaqqabı, əsa, dördayaqlı dayaq vasitəsi və s. olmaqla ümumilikdə 32 reabilitasiya vasitəsi təqdim edilib.

Qeyd  edək ki, bu il müxtəlif regionlar üzrə 300 nəfərə yaxın əlilliyi olan şəxsə 1500-ə qədər reabilitasiya vasitəsi yaşadıqları ünvanlara aparılaraq verilib.