Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 1 nömrəli Uşaq Reabilitasiya Mərkəzində “Açıq qapı” günü keçirilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə təşkil edilən tədbirdə Uşaq Səfirlər Məclisi üzvləri iştirak ediblər.
Şagirdlər Mərkəzdə əlilliyi olan uşaqlara göstərilən xidmətlər, onların sosial inteqrasiyası, inklüziv mühitin dəstəklənməsi üçün yaradılan şəraitlə tanış olublar.
Maraqlı keçən tədbirlərdə uşaqların sualları cavablandırılıb.