11 ayın sosial göstəriciləri
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bu ilin yanvar-noyabr aylarında əlilliyi olan şəxsləri 87,7 min reabilitasiya vasitəsi ilə təmin edib.
Onlardan 5,8 mini təkərli oturacaq (o cümlədən 238-i mühərrikli təkərli oturacaq), 1,8 mini aşağı və yuxarı ətraf protezi, habelə 2,1 mini eşitmə aparatı, 2,6 mini qoltuqaltı və dirsəkaltı ağac, 159-u korset olub.
Həmin şəxslərə 3,1 min cüt protez ayaqqabı və 5,9 min ortopedik ayaqqabı və s. reabilitasiya vasitələri təqdim olunub.
Bu ilin 11 ayı ərzində ümumilikdə 11,2 min nəfər əlilliyi olan şəxs reabilitasiya vasitələri ilə təmin edilib.