21.01.2025

Abşeron rayon sakinlərinin diqqətinə!

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov 28 yanvar 2025-ci il tarixində Abşeron rayonunda vətəndaşları qəbul edəcək.

▶️ Əlilliyin qiymətləndirilməsi, tibbi-sosial ekspertiza, reabilitasiya və qurumun fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı müraciətiniz varsa, 24 yanvar tarixinədək 142 Çağrı Mərkəzinə zəng edə, dtsera@sosial.gov.az elektron poçt ünvanına yaza, eləcə də, DTSERA-nın sosial şəbəkə hesabları vasitəsi ilə müraciət edib qeydiyyatdan keçməklə qəbula yazıla bilərsiniz.

Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.