27.05.2021

Reabilitasiya işçiləri üçün təlimlər keçirilir.

Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin təşkilatçılığı ilə Agentliyin tabeliyindəki Reabilitasiya Mərkəzlərində çalışan müalicəvi bədən tərbiyəsi təlimatçıları üçün “Amputasiya olunmuş ətrafın protezləşməyə hazırlanması” mövzusunda nəzəri və praktiki təlimlər keçirilir.

Təlimlərdə məqsəd iştirakçıların amputasiya olunmuş ətrafların protezlənməsinə hazırlıq üzrə bacarıqlarını təkmilləşdirməkdir. Reabilitasiya üzrə mütəxəssislər, beynəxaql məşqçilər, atletika idman növü üzrə idman ustaları tərəfindən keçirilən təlimlərin sonunda iştirakçılara sertifikatlar veriləcək.

Təlimlər Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının arasında imzalanan Memorandum çərçivəsində baş tutub.