Reabilitasiya kursu keçən uşaqlar üçün Bakı Zooloji Parkına ekskursiya təşkil olunub
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 1 saylı Uşaq Reabilitasiya Mərkəzində reabilitasiya kursu keçən sağlamlıq imkanları məhdud uşaqların Bakı Zooloji Parkına ekskursiyasını təşkil edib.
Daha sonra uşaqlar üçün musiqili-əyləncəli tədbir keçirilib.
Agentliyin tabeliyində Bakı və Qəbələ şəhərlərində ümumilikdə 3 Uşaq Reabilitasiya Mərkəzi fəaliyyət göstərir.
Müasir tələblərə uyğun qurulan həmin mərkəzlərdə sağlamlıq imkanları məhdud uşaqlara fizioterapevtik müalicə prosedurları əsasında reabilitasiya xidmətləri göstərilir. Həmçinin onların sosial, tədris-peşə reabilitasiyası tədbirləri həyata keçirilir.