Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə “Keyfiyyət Assosiasiyası” İctimai Birliyinin birgə əməkdaşlığı çərçivəsində Agentliyin xidmət keyfiyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə reabilitasiya mərkəzlərinin rəhbərləri üçün “Keyfiyyət idarəetməsi üzrə təlimlər”ə başlanılıb.
Təlimlərin əsas məqsədi reabilitasiya sahəsində fəaliyyət göstərən rəhbər şəxslərin bilik və bacarıqlarının artırılması, həmçinin müasir keyfiyyət idarəetməsi yanaşmalarının idarəçilikdə effektiv şəkildə tətbiqinə dəstək olmaqdır.
Təlimlər ISO 7101:2023 – Səhiyyə təşkilatlarında keyfiyyəti idarəetmə sistemi, ISO 9001:2015 – Keyfiyyətin idarəetmə sistemi və ISO 19011:2018 – İdarəetmə sistemlərinin auditinin keçirilməsi mövzularına həsr olunub.
Təlimlər mərkəzlərin idarəedilməsində beynəlxalq standartların praktiki tətbiqi və göstərilən xidmətlərin keyfiyyət göstəricisinin daha da artırılması baxımından əhəmiyyətlidir.