Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən Agentliyin reabilitasiya müəssisələri arasında Zəfər Gününə həsr olunan yarışlar təşkil olunub.
Yarışlarda reabilitasiya müəssisələrində bərpa müalicə kursu keçən əlilliyi olan şəxslər iştirak ediblər. Onlar voleybol, marafon qaçışı, şahmat və digər stolüstü tennis idman növləri, motorika bacarıqları üzrə yarışıblar.
Məqsəd əlilliyi olan şəxslər arasında idmanın təbliği və idman vasitəsilə də onların sosial inteqrasiyasına dəstək verilməsdiir.
Yarışlarda ümumilikdə əlilliyi olan 32 şəxs iştirak edib. Sonda qaliblər mükafatlandırılıb, bütün iştirakçılara sertifikatlar təqdim olunub.