29.04.2026

“RehaPoint” Məntəqəsinin xidmətlərindən ötən dövrdə 3700-dən çox şəxs faydalanıb

Bərdə şəhərindəki Qarabağ Regional DOST Mərkəzindəki “RehaPoint”–Ambulator Reabilitasiya Məntəqəsinin reabilitasiya xidmətlərindən ötən dövrdə əlilliyi olan 3722 şəxs faydalanıb.

2023-cü ilin dekabrın 1-də fəaliyyətə başlayan bu məntəqə bölgənin əlillliyi olan sakinlərini ambulator şəraitdə müalicəvi bədən tərbiyəsi, əmək terapiyası, psixoloq və loqoped xidmətləri ilə təmin edir.

Eyni zamanda, bu kateqoroyaya aid şəxslər ehtiyac duyduqları reabilitasiya vasitələrini də bu məntəqədən əldə edirlər.

İndiyədək “RehaPoint” Məntəqəsində əlilliyi olan 400 şəxsə  8 min reabilitasiya vasitəsi verilib.