16.06.2021

Rusiyanın Davamlı Tibbi Təhsil Akademiyasının professor heyəti tərəfindən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin həkim-ekspertləri üçün təlimlər keçirilib.

Həkim-ekspertlər üçün təlimlər keçirilib

Rusiyanın Davamlı Tibbi Təhsil Akademiyasının professor heyəti tərəfindən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin qurumlarının həkim-ekspertləri üçün insan orqanizmi funksiyalarının itirilməsinin Beynəlxalq Funksionallıq Meyarları əsasında qiymətləndirilməsi üzrə təlimlər keçirilib.

Agentliyin təşkilatçılığı ilə keçirlən təlimlərdə əsas məqsəq əlilliyin müəyyən olunması sahəsində qabaqcıl beynəlxalq təcrübələrin, Ümumdünya Səhiyyə Təşkilatının standartlarının mənimsənilməsi, bu sahədə peşəkar kadr potensialının artırılmasıdır.