Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Şağan Reabilitasiya Pansionatında Novruz bayramı ilə əlaqədar tədbir keçirilib.
Müəssisədə müalicə kursu keçən əlilliyi olan şəxslər, müəssisənin əməkdaşları ilə birlikdə bayram süfrəsi açıb, bayram atributlarını hazırlayıblar. Həmçinin tədbirdə əlilliyi olan şəxslərin əl işləri nümayiş etdirilib.
Tədbir tanınmış incəsənət nümayəndələrinin ifasında konsert proqramı ilə davam edib.