Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Şağan Reabilitasiya Pansionatında Torpaq çərşənbəsi ilə əlaqədar tədbir keçirilib.
Müəssisədə müalicə kursu keçən əlilliyi olan şəxslər, müəssisənin əməkdaşları ilə birlikdə bayram süfrəsi bəzəyib, bayram atributlarını hazırlayıblar.
Tədbir tanınmış incəsənət nümayəndələrinin ifasında konsert proqramı ilə davam edib.