30.05.2025

Samux rayon sakinlərinin diqqətinə!

Samux rayon sakinlərinin diqqətinə!

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Ramin Rzayev Samux rayonunda vətəndaşları qəbul edəcək.

▶️ Əlilliyin qiymətləndirilməsi, tibbi-sosial ekspertiza, reabilitasiya və qurumun fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı müraciətiniz varsa, 11 iyun tarixinədək "142" Çağrı mərkəzinə zəng edə, dtsera@sosial.gov.az elektron poçt ünvanına yaza, eləcə də, #DTSERA-nın sosial şəbəkə hesabları vasitəsi ilə müraciət edib qeydiyyatdan keçməklə qəbula yazıla bilərsiniz.

Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.