13.01.2022

Şəki şəhərindəki Reabilitasiya Mərkəzinə mediatur təşkil edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin daha bir reabilitasiya müəssisəsində - Şəki şəhərindəki Reabilitasiya Mərkəzində əlilliyi olan şəxslərə, o cümlədən müharibə əlillərinə göstərilən reabilitasiya xidmətləri ilə KİV nümayəndələrinin tanışlığı üçün həmin Mərkəzə mediatur təşkil edilib.