02.04.2026

Şirvan şəhərində ictimai dinləmə keçiriləcək

Hörmətli vətəndaşlar! 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 9 aprel 2026-cı il tarixində saat 12:00-da Şirvan şəhərində ictimaiyyət nümayəndələrinin iştirakı ilə ictimai dinləmə keçiriləcək. 

Əlilliyin qiymətləndirilməsi, tibbi-sosial ekspertiza, reabilitasiya və qurumun fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı müraciətiniz varsa, DTSERA-nın sosial şəbəkə hesabları vasitəsi ilə müraciət edib qeydiyyatdan keçməklə qəbula yazıla bilərsiniz.