19.03.2025

Son iki ayda əlilliyi olan 6,6 min uşağa reabilitasiya xidmətləri göstərilib

2 ayın sosial göstəriciləri

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin uşaq reabilitasiya mərkəzləri tərəfindən yanvar-fevral aylarında əlilliyi olan 6,6 min uşağa reabilitasiya xidmətləri göstərilib.

Onlardan 4,5 min nəfəri ambulator, 343 nəfəri stasionar, digərləri icma əsaslı, onlayn və səyyar reabilitasiya xidmətlərinə cəlb olunub.

Bu kateqoriyadan olan uşaqlar Agentliyin Bakı şəhərində 1 və 2 saylı, habelə Qəbələ və Şəmkir rayonlarındakı Uşaq Reabilitasiya Mərkəzlərində reabilitasiya xidmətləri ilə təmin edilirlər.