07.11.2025

Sumqayıt Reabilitasiya Mərkəzində ağacəkmə aksiyası təşkil olunub

8 Noyabr – Zəfər Günü münasibətilə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tabeliyindəki Sumqayıt Reabilitasiya Mərkəzində ağacəkmə aksiyası təşkil olunub.

Ağacəkmə aksiyasının keçirilməsində məqsəd xalqımızın şanlı Zəfər tarixini xatırlatmaq, şəhidlərimizin xatirəsini əbədiləşdirmək, eləcə də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə töhfə verməkdir.

Aksiya iştirakçıları Mərkəzin həyətyanı sahəsində 44 ədəd şam ağacı əkiblər.

Tədbir iştirakçıları belə aksiyaların cəmiyyətin milli ruhunun möhkəmlənməsinə, qəhrəmanlarımızın unudulmaz xatirəsinin yaşadılmasına və yaşıllaşdırma təşəbbüslərinin təşviqinə xidmət etdiyini vurğulayıblar.