Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tabeliyində Sumqayıt Reabilitasiya Mərkəzində mərkəzin əməkdaşı, Vətən müharibəsində şərəfli döyüş yolu keçərək tarixi Zəfərimizə töhfəsini verən Sahil Həsənlinin doğum günü qeyd edilib. Mərkəzin kollektivi, döyüş yoldaşları 31 yaşı tamam olan qaziyə xoş arzularını ifadə ediblər.
Müharibədə yaralanmış Sahil Həsənliyə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik və sosial ödənişlər təyin olunub. Onun mənzil və avtomobillə təminatı da həyata keçirilib. Ötən ilin may ayında isə Sumqayıt Reabilitasiya Mərkəzində işlə təmin edilib.