06.05.2026

Sumqayıt şəhərində ictimai dinləmə keçiriləcək

Hörmətli vətəndaşlar! 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 14 may 2026-cı il tarixində saat 11:00-da Sumqayıt şəhərində ictimaiyyət nümayəndələrinin iştirakı ilə ictimai dinləmə keçiriləcək. 

Əlilliyin qiymətləndirilməsi, tibbi-sosial ekspertiza, reabilitasiya və qurumun fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı müraciətiniz varsa, DTSERA-nın sosial şəbəkə hesabları vasitəsi ilə müraciət edib qeydiyyatdan keçməklə qəbula yazıla bilərsiniz.