Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində Tibbi-sosial ekspertiza xidmətinin həkim-ekspertləri və mütəxəssislərinin iştirakı ilə təlimlər təşkil edilir.
Mütəmadi keçirilən daxili təlimlərdə Agentliyin həkim-ekspertləri öz ixtisas sahələrinə uyğun təqdimatlarla çıxış edirlər. Təlimlər xəstəliklər, onun ekspertizası, yanaşma tərzi və s. mövzuları əhatə edir.
Daxili təlimlərin məqsədi xəstəliklərin ağırlıq dərəcələrinə uyğun vahid yanaşmanın tətbiq edilməsidir.