Ölkəmizdə səfərdə olan Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyinin Əlilliyi olan şəxslər və Yaşlılara Xidmət Baş İdarəsinin nəzdindəki Yeniməhəllə Görmə Məhdudiyyətlilər Reabilitasiya Mərkəzinin təlimçiləri tərəfindən Agentliyin əməkdaşları üçün keçirilən təlimlər yekunlaşıb.
Üç gün davam edən təlimlərdə görmə məhdudiyyətli şəxslərin sosial-məişət adaptasiya proqramları, Brayl əlifbası və brayl vasitələri ilə hesablama texnikaları, ağ əsa, o cümlədən digər reabilitasiya vasitələrindən istifadə qaydaları və s. mövzulardan bəhs olunub. Təlimlər əməkdaşların görmə məhdudiyyətli şəxslərə reabilitasiya xidmətləri göstərilməsi istiqamətində bilik və bacarıqlarını artırmaq, onları bu sahədə müasir yanaşmalar və metodologiyalarla tanış etmək məqsədi daşıyıb. Növbəti mərhələdə təlimlərin onlayn qaydada davam etdirilməsi nəzərdə tutulur.
Qeyd edək ki təlimlər “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun tətbiqində dair Fəaliyyət Planı çərçivəsində baş tutub.