20.04.2022

Uşaq Reabilitasiya Mərkəzində sosial tədbir keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 2 saylı Uşaq Reabilitasiya Mərkəzində "Balaca əllərlə rəngli yuvalar" adlı sosial tədbir keçirilib.

Yelo Bank və “GID CSR Consulting”in birgə təşəbbüsü ilə Autizm Maarifləndirmə ayı çərçivəsində keçirilən tədbir Mərkəzdə müalicə alan uşaqlara erkən yaşlarından təbiətə bağlılıq, mərhəmət, sevgi hisslərini aşılamaq məqsədi daşıyıb.

Tədbir autizm spektrli və sağlamlıq imkanları məhdud uşaqlarla iş üzrə ixtisaslaşmış psixoloqun interaktiv təlimi ilə başlayıb. Daha sonra uşaqların iştirakı ilə quşlar üçün yuvaların düzəldilib.Həmin yuvalardan bir neçəsi uşaqların imzası ilə Reabilitasiya Mərkəzinin bağçasındakı ağaclarda yerləşdirilib.