Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə əlaqədar 2 saylı Uşaq
Reabilitasiya Mərkəzində tədbir keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 2 saylı Uşaq Reabilitasiya Mərkəzində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə əlaqədar tədbir keçirilib.
Mərkəzdə reabilitasiya kursu keçən sağlamlıq imkanları məhdud uşaqlar üçün təşkil olunan tədbirdə onların əl işlərindən ibarət sərgi nümayiş olunub, musiqili-əyləncəli konsert proqramı təqdim edilib.
Hazırda Agentliyin tabeliyində Bakı və Qəbələ şəhərlərində olmaqla 3 Uşaq Reabilitasiya Mərkəzi fəaliyyət göstərir. Cari ildə Şəmkir rayonunda da uşaq reabilitasiya mərkəzinin istifadəyə verilməsi nəzərdə tutulur.