11.11.2021

ÜST nümayəndələri Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində olublar.

Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Ofisinin reabilitasiya üzrə regional texniki rəhbəri Satiş Mişra və Əlillik üzrə Regional texniki əməkdaşı Kasal Morqan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində olublar.

Onlar son illərdə müasir tələblərə uyğun şəraitin yaradıldığı müəssisədə protez-ortopedik məmulatların hazırlanması və əlilliyi olan şəxslərin reabilitasiya vasitələri, o cümlədən yüksək texnologiyalı son nəsil protezlərlə təminatı prosesi, göstərilən reabilitasiya xidmətləri ilə tanış olublar.