Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Ofisinin reabilitasiya üzrə regional texniki rəhbəri Satiş Mişra və Əlillik üzrə Regional texniki əməkdaşı Kasal Morqan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində olublar.
Onlar son illərdə müasir tələblərə uyğun şəraitin yaradıldığı müəssisədə protez-ortopedik məmulatların hazırlanması və əlilliyi olan şəxslərin reabilitasiya vasitələri, o cümlədən yüksək texnologiyalı son nəsil protezlərlə təminatı prosesi, göstərilən reabilitasiya xidmətləri ilə tanış olublar.