22.09.2022

Vətən müharibəsi əlilləri üçün növbəti hippotur təşkil edilib

Mərdəkan Reabilitasiya Pansionatında reabilitasiya xidmətləri alan Vətən müharibəsi əlilləri üçün növbəti dəfə hippotur təşkil edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi və “Baku Golden Horse Therapeutic and Educational Center” atçılıq mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən hippoterapiyada (atlar ilə terapiya) əsas məqsəd at üzərində hərəkət etməklə, bədən əzələlərinin aktivliyini artırmaqdır.

Beynəxalq təcrübəyə əsaslanan atlarla terapiya üsulu, həmçinin əlilliyi olan şəxslərin ümumi psixoloji vəziyyətinin, əhval-ruhiyyəsinin yüksəldilməsinə də xidmət edir.

Hippotur zamanı Vətən müharibəsi əlillərinə Qarabağ və ingilis atları barədə ətraflı məlumat da verilib.