21.12.2022

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşı beynəlxalq təlimdə iştirak edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Reabilitasiya, keyfiyyətə nəzarət və xidmətin təşkili departamentinin müdir müavini Zərifə Kamilova Sinqapurda “Əlilliyi olan şəxslərin hüquq və şəraitlərinin təkmilləşdirilməsi” mövzusunda keçirilən təlimdə iştirak edib.

5 gün davam edən təlimdə əlilliyi olan şəxslər üçün müyəssər mühitin yaradılması, onların inklüziv məşğulluq, təhsil, idman və reabilitasiya proqramlarına cəlb edilməsi barədə müzakirələr və təcrübə mübadiləsi aparılıb.

Təlimin yekununda Agentliyin əməkdaşına beynəlxalq sertifikat təqdim edilib