Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Şağan Reabilitasiya Pansionatında Vətən müharibəsi əlilləri və şəhid ailələri üçün seminar təşkil olunub.
Agentliyin Şağan Reabilitasiya Pansionatı və Azərbaycan Qastroenteroloq ve Hepatoloqları İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən seminarda mədə və bağırsaq xəstəliklərinin profilaktikası və müalicəsi mövzusunda mütəxəssislərin çıxışları dinlənilib.
Seminar həssas qrupdan olan şəxslərin aparıcı mütəxəssislərə, həkimlərə əlçatanlığını təmin etmək, xəstəliklərin profilaktikasını onlara düzgün izah edərək maarifləndirmək, səhhətlərindəki problemlərin aşkarlanmasında dəstək olmaq məqsədilə keçirilib.
Sonda müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin və şəhid ailəsi üzvlərinin sualları cavablandırılıb, onlara pəhriz məsləhətləri verilib.