Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi şəhid və Vətən Müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslərin övladlarını sevindirib.
Agentliyin Sumqayıt Reabilitasiya Mərkəzinin əməkdaşları 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə onların evini ziyarət edib, ailə üzvləri ilə həmsöhbət olublar.
Bayram münasibətilə şəhid və müharibə əlillərinin övladlarına hədiyyələr təqdim edilib.