17.02.2023

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov Saatlı rayonunda vətəndaşları qəbul edib

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov Saatlı rayonunda vətəndaşları qəbul edib

Qəbul zamanı vətəndaşların əlilliyinin qiymətləndirilməsi, reabilitasiya vasitələri ilə təminat, minik avtomobilinə tibbi göstəriş, pensiya təyinatı və məşğulluqla bağlı müraciətləri dinlənilib.

Vətəndaşlar tərəfindən əlilliyin qiymətləndirilməsi barədə səsləndirilən müraciətlərin bir qismi araşdırılaraq, qanunvericilik barədə ətraflı məlumat verilib. Bir sıra məsələlər yerindəcə həll olunub.