21.02.2023

Ötən ay 3,1 min şəxsə əlillik təyin olunub, 5,1 min şəxsə reabilitasiya xidməti göstərilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2023-cü ilin yanvar ayında 3,1 min şəxsə əlillik təyin edilib.

Onlardan 1,4 mininə ilkin, qalanlarına təkrar əlillik təyinatı aparılıb.

Həmçinin Agentliyin reabilitasiya müəssisələrində ötən ay 5,1 min şəxsə reabilitasiya xidməti göstərilib, 1038 şəxsə 4 952 reabilitasiya vasitəsi verilib.