15.03.2023

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov Biləsuvar vətəndaşlarını qəbul edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov Biləsuvar vətəndaşları qəbul edib.

15 mart 2023-cü il tarixində keçirilən qəbul zamanı vətəndaşların əlilliyinin qiymətləndirilməsi, reabilitasiyavasitələri ilə təminat, dövlət hesabına müalicə, pensiya təyinatı və məşğulluqla bağlı müraciətləri dinlənilib.

Vətəndaşlar tərəfindən səsləndirilən əlilliyin qiymətləndirilməsinə dair müraciətlər qanunvericiliyə əsasən ətraflı cavablandırılıb, eyni zamanda bir sıra müraciətlərlə bağlı müvafiq olaraq tapşırıqlar verilib.