16.03.2023

Sumqayıt Reabilitasiya Mərkəzində Novruz bayramı qeyd olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Sumqayıt Reabilitasiya Mərkəzində Novruz tədbiri keçirilib. 

“Ləziz Novruz” adlanan tədbirdə əlilliyi olan şəxslər və Mərkəzin əməkdaşları birlikdə 7 növdə qutab bişirib, bayram süfrəsi bəzəyiblər. 

Həmçinin bayramın rəmzi olan Kosa və Keçəl əlilliyi olan şəxslərlə yumurta döyüşdürüb, müxtəlif bayram adətlərini birgə həyata keçiriblər. 

Tədbir musiqili-əyləncəli proqramla davam edib.