18.03.2023

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşları üçün insult sonrası reabilitasiya mövzusunda onlayn təlim keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşları üçün insult sonrası reabilitasiya mövzusunda onlayn təlim keçirilib.

Türkiyənin Reabilitasiya və Fizioterapiya üzrə Xəstəxanalar Şəbəkəsi olan “Romatem” şirkətinin həkim-fizioterapevti, dosent Hülya Şirzai tərəfindən keçirilən təlimə Agentliyin reabilitasiya müəssisələrinin tibbi heyəti və müalicəvi bədən tərbiyəsi təlimatçıları cəlb olunub.

Xatırladaq ki, ötən il Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə “Romatem” şirkəti arasında əməkdaşlığa dair Memorandum imzalanıb.

Sənəddə reabilitasiya xidmətlərinin səmərəli təşkili, bu sahədə ixtisaslaşmış kadrların yetişdirilməsi sahəsində əməkdaşlıq, reabilitasiya sahəsində tətbiq olunan modern yanaşmalara dair məlumat və təcrübə mübadilələrinin həyata keçirilməsi nəzərdə tutulub.