25.03.2023

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən təşkil edilən yoqa məşqləri davam edir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən təşkil edilən yoqa məşqləri davam edir.

Artıq 1 ildən çoxdur ki, Agentliyin reabilitasiya müəssisələrində xidmət alan əlilliyi olan şəxslər yoqa məşqlərində iştirak edirlər.

Məşqlər Azərbaycan Respublikasının Fəxri bədən tərbiyəsi və idman işçisi, əməkdar məşqçi, idman ustası, beynəlxalq dərəcəli hakim, Azərbaycan Yoqa Klubunun prezidenti Sevindik Mehdiyev tərəfindən aparılır.

Yoqa ilə müntəzəm məşğul olmaq emosional fonu yaxşılaşdırır, insanın stresə davamlılığını artırır. Eyni zamanda dayaq-hərəkət aparatının işini yaxşılaşdıraraq qandövranı, ürək-damar və tənəffüs sisteminə müsbət təsir göstərir. Bu baxımdan alternativ reabilitasiya metodu kimi yoqa təlimlərinin davamlı şəkildə həyata keçirilməsi məqsədəuyğun sayılır.

Yoqa məşqləri ötən ilin yanvar ayından etibarən başlayıb və hazırda da Agentliyin bütün reabilitasiya müəssisələrində onlayn və əyani formada davam etdirilir.