17.04.2023

Ümumdünya Hemofiliya Günü ilə əlaqədar Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində qanvermə aksiyası keçirilib

17 Aprel - Dünya Hemofiliya Günü ilə əlaqədar Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində qanvermə aksiyası keçirilib. Agentliyin 60-a yaxın  əməkdaşı qanvermə aksiyasında iştirak edib.

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin mütəxəssisləri tərəfindən götürülən qan nümunələri talassemiya, hemofiliya və digər irsi qan xəstəliklərindən əziyyət çəkən uşaqların müalicəsində istifadə olunacaq.