Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri Fərrux Məhərrəmli və Nərgiz Balakişiyeva ilə görüş olub.
Agentliyin İdarə Heyətinin sədri Anar Bayramov müsabiqə qaliblərini təbrik edərək onlara gələcək fəaliyyətlərində yeni uğurlar arzulayıb.
O, hər iki qalibə təcrübə imkanlarını artırmaları və potensiallarını üzə çıxarmaları üçün Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən də zəruri şərait yaradılaraq dəstək göstəriləcəyini qeyd edib.
Agentliyin fəaliyyəti, əlillik və reabilitasiya sahələrində qabaqcıl dünya təcrübəsi əsasında həyata keçirilən islahatlar, əlilliyin qiymətləndirilməsində ötən ilin iyul ayından tətbiq olunan yeni meyarlar, əlilliyi olan şəxslərə göstərilən reabilitasiya xidmətləri barədə müsabiqə qaliblərinə məlumat verilib.
Onların sualları cavablandırılıb, fikir mübadiləsi aparılıb.