Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov Şəkidə 3 may 2023-cü il tarixində Şəki şəhər və Balakən rayon sakinlərini qəbul edib.
Qəbul zamanı vətəndaşların əlilliyin qiymətləndirilməsi, əlilliyin gücləndirilməsi, reabilitasiya xidmətləri, reabilitasiya vasitələri və dövlət hesabına müalicə ilə bağlı müraciətləri dinlənilib. Müraciətlərdə əksini tapan məsələlər araşdırılaraq cavablandırılıb. Bir sıra məsələlər yerindəcə həll olunub.
Vətəndaşların bir qisminin müraciəti ilə əlaqədar əlilliyin qiymətləndirilməsinə dair qanunvericilik barədə ətraflı məlumat verilib.