01.06.2023

Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar tədbir keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, “Port Baku” və “Portmania” istirahət mərkəzinin birgə təşkilatçılığı ilə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar  "Uşaqları sosiallaşdıraq" adlı tədbir keçirilib.

Tədbirdə Agentliyin 1 saylı Uşaq Reabilitasiya Mərkəzində reabilitasiya kursu keçən, əlilliyi olan 20-dən çox uşaq iştirak edib. 

Uşaqlar üçün ilk olaraq peşəkar rəssamlar tərəfindən dibçəkdə rəngləmə və gül əkmə məşğələsi tədris olunub. 

Daha sonra onlara gənc piano ifaçılarının ifasında çıxış, həmçinin Dövlət Pantomima Teatrının aktyorları tərəfindən tamaşa nümayiş olunub. 

Animatorların çıxışı isə uşaqlarda xoş əhval-ruhiyyə yaradıb. Sonda balacalara hədiyyələr təqdim edilib.