Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşlarına təlimlər keçirilib.
Avropa İttifaqının dəstəyi ilə keçirilən təlimlər “Azərbaycanda əlilliyi olan şəxslərin reabilitasiyası sistemində islahatlara dəstək” layihəsi çərçivəsində baş tutub.
Təlimlərdə əlilliyi olan şəxslərin sosial inteqrasiyası, onlara göstərilən reabilitasiya xidmətlər sahəsində qabaqcıl Avropa təcrübəsi barədə məlumat verilib. İnteraktiv şəkildə keçirilən təlimlərdə əlilliyi olan şəxslərin reabilitasiya sisteminin tibbi reabilitasiya modelindən sosial modelə keçidinin dəstəklənməsi müzakirə edilib.
Qeyd edək ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya müəssisələrində reabilitasiyanın biopsixososial modelinə uyğun olaraq tibbi və sosial-pixoloji reabilitasiya xidmətləri göstərilir.