Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 18 yaşınadək əlilliyi olan şəxslər üçün “Reabilitasiya avtobusu” fəaliyyət göstərir.
Avtobus Sumqayıt şəhəri, Masazır qəsəbəsi, 20 Yanvar dairəsi, Koroğlu metrostansiyası istiqamətində əvvəlcədən təyin olunmuş gözləmə məntəqələrindən uşaqları götürərək Bakı şəhərindəki 2 saylı Uşaq Reabilitasiya Mərkəzinə çatdırır.
Layihənin məqsədi Bakı və ətraf ərazilərdə yaşayan və nəqliyyat problemi olan əlilliyi olan uşaqların ambulator və icma əsaslı reabilitasiya xidmətlərinə əlçatanlığını artırmaqdır.
Cari ildə 300-ə qədər 18 yaşınadək əlilliyi olan şəxs xidmətdən istifadə edib.