23.10.2023

Yanvar-sentyabr aylarında 36,9 min şəxsə əlillik təyin edilib, 60 min şəxsə reabilitasiya xidməti göstərilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin yanvar-sentyabr aylarında 36,9 min şəxsə əlillik təyin edilib.

Onlardan 18,2 mininə ilkin, 18,7 mininə təkrar əlillik təyinatı aparılıb. Əlillik təyinatından sonra e-sistem üzərindən həmin şəxslərə əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin olunub.

Qeyd olunan dövrdə Agentliyin reabilitasiya müəssisələrində 60 min şəxsə reabilitasiya xidmətləri göstərilib.