24.10.2023

Respublika Reabilitasiya Mərkəzində xidmət alan şəxslər üçün master-klass təşkil olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Respublika Reabilitasiya Mərkəzində xidmət alan şəxslər üçün master-klass təşkil olunub. Qonaqlar DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin fəaliyyəti ilə tanış olub, müxtəlif fəaliyyət istiqamətləri üzrə peşə-yaradıcılıq studiyalarında təlimlərə cəlb olunublar.

Respublika Reabilitasiya Mərkəzində xidmət alan bir qrup şəxs DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarları ilə birlikdə əl işlərinin hazırlanması prosesində iştirak ediblər.