28.10.2023

Xalq artisti Məhdud Fiziki İmkanlılar üçün Regional İnformasiya Mərkəzində olub

Xalq artisti Məhdud Fiziki İmkanlılar üçün Regional İnformasiya Mərkəzində olub.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Fidan Hacıyeva və sənət dostları Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Məhdud Fiziki İmkanlılar ücün Regional İnformasiya Mərkəzini ziyarət ediblər.

Qonaqlar Mərkəzdə yaradılan şərait və benefisiarlarının əl işləri ilə tanış olublar.

Qeyd edək ki, Mərkəzdə Muxtar Respublikada yaşayan əlilliyi olan şəxslərin informasiya texnologiyaları vasitəsilə sosial reablitasiyası həyata keçirilir. Hazırda Mərkəzdə brayl kitabxana, eşitmə qabiliyyəti məhdud şəxslər üçün elektron kitabxana, görmə qabiliyyəti məhdud şəxslər üçün isə audio kitabxana fəaliyyət göstərir. Psixoloji dəstək, əmək və musiqi terapiyası üzrə sosial-psixoloji xidmətlər göstərilir.

#ƏƏSMN #DTSERA