30.10.2023

Agentlik əməkdaşlarına “İşgüzar etiket” mözvusunda təlimlər keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Eskpertiza və Reabilitasiya Agentliyinin əməkdaşları “Etika Akademiyası”nın təlimlərinə cəlb edilib. 


Akademiyanın rəhbəri Günel İbrahim tərəfindən keçirilən təlimlər korporativ etiket, əlilliyi olan şəxslərlə ünsiyyət zamanı etika qaydaları, rəqəmsal etiket və zamanın idarə edilməsi mövzularını əhatə edib. 


Təlimlərin məqsədi əlilliyi olan şəxslərə reabilitasiya xidmətləri göstərən əməkdaşların ünsiyyət bacarıqlarının daha da inkişaf etdirilməsidir. 


Təlim iştirakçılarına sertifikatlar təqdim edilib.