01.11.2023

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov Naftalan şəhərində vətəndaşları qəbul edib

Anar Bayramov Naftalan şəhərində Naftalan şəhər və Goranboy rayon sakinlərini qəbul edib. Qəbuldan əvvəl Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzovla birgə Naftalan Reabilitasiya Mərkəzinə baxış keçirilib, hazırda bərpa xidmətləri ilə təmin edilən VətənMüharibəsi iştirakçıları və əlilliyi olan şəxslərlə görüşüb, ümumi vəziyyətlə tanış olublar.

Daha sonra Agentliyin İdarə Heyətinin sədri Anar Bayramov vətəndaşları qəbul edib. Qəbul zamanı əlilliyin qiymətləndirilməsi, əlilliyin gücləndirilməsi, özünüməşğulluq, ünvanlı dövlət sosial yardımı və dövlət hesabına müalicə ilə bağlı müraciətləri dinlənilib. Müraciətlərdə əksini tapan məsələlər araşdırılaraq cavablandırılıb, bir sıra məsələlər yerindəcə həll olunub.

Vətəndaşların bir qisminin müraciəti ilə əlaqədar əlilliyin qiymətləndirilməsinə dair qanunvericilik barədə ətraflı məlumat verilib.