02.11.2023

Zəfər Günü münasibətilə şəhid övladları üçün animasiya nümayişi keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin təşkilatçılığı ilə şəhid və müharibə veteranlarının övladları, həmçinin əlilliyi olan uşaqlar üçün “CinemaPlus” kinoteatrında animasiya nümayişi keçirilib. 


Məqsəd dövlət qayğısı ilə əhatə olunan uşaqların cəmiyyətə inteqrasiyasına dəstək olmaq, onların asudə vaxtlarını səmərəli təşkil etməkdir.  


Tədbir çərçivəsində “Araz” Supermarketlər şəbəkəsinin sosial tərəfdaşlığı ilə uşaqlara hədiyyələr də təqdim edilib.