17.11.2023

Qarabağ Regional DOST Mərkəzində Ambulator Reabilitasiya Mərkəzi fəaliyyətə başlayacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən Bərdə şəhərindəki Qarabağ Regional DOST Mərkəzində dekabrın 1-dən Ambulator Reabilitasiya Mərkəzi - “RehaPoint” fəaliyyətə başlayacaq.

Mərkəzdə bölgədə yaşayan əlilliyi olan şəxslərə ambulator formada müalicəvi bədən tərbiyəsi, əmək terapiyası, psixoloq və loqoped xidmətləri göstəriləcək, eləcə də onların ehtiyac duyduqları reabilitasiya vasitələri ilə təminatı həyata keçiriləcək.

Məqsəd regionlarda əlilliyi olan şəxslərin reabilitasiya xidmətlərinə əlçatanlığının və vətəndaş məmnunluğunun artırılması, bərpa prosesində əldə edilən nəticələrin davamlılığının təmin edilməsi, regionlarda reabilitasiya infrastrukturunun gücləndirilməsidir.

Ambulator Reabilitasiya Mərkəzi - “RehaPoint”  infrastrukturunun yeni yaradılacaq regional DOST mərkəzləri üzrə genişləndirilməsi nəzərdə tutulur.